logo

Putin Paşinyanla Qarabağı müzakirə edib

22:21 16-05-2022 | icon 3514
Putin Paşinyanla Qarabağı müzakirə edib

Rusiya prezidenti Vladimir Putin Kremldə Ermənistanın baş naziri Nikol Paşinyanla Qarabağ müzakirə edib.

YeniAvropa xəbər verir ki, bu barədə  “RİA Novosti” məlumat yayıb.

Xəbərdə qeyd edilib ki, tərəflər eyni zamanda iqtisadi məsələləri müzakirə ediblər. V.Putin iki ölkə arasında ticarətin intensivləşdiyini qeyd edib.

Qeyd edək ki, Nikol Paşinyan  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına(KTMT) üzv ölkələrin liderlərinin sammitində iştirak etmək üçün Moskvaya gəlib.

"Biz Qarabağ probleminin həllində birgə fəal işləməyə davam edirik. Üçtərəfli formatda, Azərbaycandan olan tərəfdaşlarımızla birlikdə. Bir çox məsələlər var. Sizin görüşmək və bütün komplekslər haqqında danışmaq imkanı əldə etdiyimə görə şadam", - deyə V.Putin sözlərinə əlavə edib.