logo

Məhəmməd Muradlı müstəqil Azərbaycan tarixində 27-ci qrosmeyster olub

18:48 16-05-2022 | icon 5523
Məhəmməd Muradlı müstəqil Azərbaycan tarixində 27-ci qrosmeyster olub

Beynəlxalq Şahmat Federasiyası(FIDE) bir qrup şahmatçının titulunu rəsmi qaydada təsdiqləyib.

Azərbaycan Şahmat Federasiyasından YeniAvropa-ya bildirilib ki, FIDE Azərbaycan şahmatçısı Məhəmməd Muradlını beynəlxalq qrosmeyster kimi siyahıya daxil edib. Qeyd edək ki, M.Muradlı kişi şahmatçılar arasında müstəqil Azərbaycan tarixində 27-ci qrosmeyster kimi tarixə düşüb.

Sloveniyadakı şəxsi Avropa çempionatında parlaq çıxışı ilə yadda qalan Gövhər Beydullayeva qadınlar arasında beynəlxalq qrosmeyster, Xəzər Babazadə isə beynəlxalq usta kimi qeydiyyatdan keçiblər.