logo

“Qarabağ” Premyer Liqada XXI əsrin rekorduna imza atdı

16:46 16-05-2022 | icon 5075
“Qarabağ” Premyer Liqada XXI əsrin rekorduna imza atdı

“Qarabağ” futbol klubu Azərbaycan Premyer Liqasında XXI əsrin rekorduna imza atıb.

YeniAvropa xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda buna "Səbail"ə 3:0 hesabı ilə qalib gəldikləri XXVII tur oyununda nail olub.

Ağdam təmsilçisi yerli çempionatda vurduğu qolların sayını 68-ə çatdırıb.

Bunadək “Xəzər-Lənkəran” 2004/2005-ci, “Qarabağ” 2013/2014-cü və 2015/2016-cı il mövsümlərində 66 qol vurmuşdu. Ağdam klubu bu göstəricini iki top üstələyib.