logo

Şuşada V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı başa çatıb

19:49 14-05-2022 | icon 9023
Şuşada V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı başa çatıb

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı mayın 14-də başa çatıb.

YeniAvropa xəbər verir ki, Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə elan edilən “Şuşa İli”ndə keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa şəhəri Dövlət Qoruğu tərəfindən təşkil olunub.

Festivalın bağlanış konsertində Ankara Türk Dünyası Musiqisi və Xalq Rəqsləri Ansamblı, “Melitassi” Folklor Rəqs Ansamblı (Gürcüstan) və Azərbaycan Dövlət Rəqs Ansamblı milli musiqi sədaları altında çıxış ediblər.

Üç gün davam edən sayca beşinci festival çərçivəsində milli rəqs, muğam sənəti təqdim olunub, ölkəmizin müxtəlif regionlarını və milli azlıqları təmsil edən folklor kollektivlərinin konsertləri keçirilib, Azərbaycan xanəndələrinin müxtəlif illərdə Şuşada lentə alınmış ifalarından ibarət videoçarxlar nümayiş etdirilib, klassik musiqi əsərləri təqdim olunub.