logo

Mayın 21-dək ölkə ərazisində yağışlı hava  proqnozlaşdırılır

18:58 13-05-2022 | icon 896
Mayın 21-dək ölkə ərazisində yağışlı hava  proqnozlaşdırılır

Mayın 14-də gündüz saatlarında hava yağmursuz keçəcək, cənub küləyinin üstünlüyü gözlənilir. Paytaxtda cənub küləyinin sürəti bir qədər artacaq və 15-18 metr/saniyə təşkil edəcək. Mayın 16-sı və 17-də havanın qısa müddətdə yenidən dəyişməsi proqnozlaşdırılır. Bununla bağlı müvafiq təşkilatlara xəbərdarlıq ünvanlanıb. Respublikanın rayonlarında qeyri-sabit və yağıntılı hava şəraiti gözlənilir. Bəzi yerlərdə yağıntıların intensiv olacağı proqnozlaşdırılır. Bakıda və Abşeron yarımadasında da yağış yağacağı ehtimal edilir. Yenidən şimal-qərb küləyinin güclənməsi ehtimal edilir.

 YeniAvropa xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi feysbuk səhifəsində yayımlanan “Ekspert saatı”nda deyib.

Xidmət rəisi bildirib ki, növbəti qeyri-sabit hava şəraiti mayın 20-21-də müşahidə ediləcək.