Siyasi dialoq: Ədalət Vəliyev ADMP sədri ilə görüşüb
Mayın 13-də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ilə Azərbaycan Demokratik Maarifçilik Partiyasının(ADMP) sədri Elşən Musayev arasında görüş keçirilib.
Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, görüşdə Ədalət Vəliyev cəmiyyətin inkişafı naminə ölkəmizdə iqtidar-müxalifət əməkdaşlığından söz açıb, dayanıqlı demokratik ənənələrin dərinləşməsində siyasi partiyaların rolunun yüksək olduğunu vurğulayıb. Şöbə müdiri İkinci Qarabağ müharibəsi, Qələbə və yeni siyasi reallıqlar barədə fikirlərini səsləndirib, prezident İlham Əliyevin çıxışından sitat gətirib: “...Bu gün isə bizim qarşımızda bu Qələbəni siyasi yollarla möhkəmləndirmək, erməni faşizminin baş qaldırmasına yol verməmək, beynəlxalq müstəvidə keçmiş münaqişə ilə və indiki reallıqlarla bağlı, o cümlədən dağıdılmış ərazilər haqqında məlumat çatdırmaq vəzifəsi durur. Bizim partiyalarımızın bəziləri beynəlxalq partiya qurumlarına üzvdürlər. Bu məlumat o qurumlar çərçivəsində verilməlidir. Yəni bu, gələcək fəaliyyət üçün əsas istiqamət olmalıdır”.
Görüşdə, həmçinin “Siyasi partiyalar haqqında” qanunun layihəsi üzrə müzakirələr aparılıb. Şöbə müdiri bildirib ki, qanun layihəsi ilə əlaqədar bir sıra siyasi partiyalar tərəfindən təkliflər təqdim olunub. Eyni zamanda, təəssüflə vurğulanıb ki, əksər partiyalar bu məsələdə fəallıq göstərməyiblər.
Elşən Musayev ölkəmizdə aparılan siyasi dialoqu və dialoq çərçivəsində görülmüş işləri yüksək qiymətləndirib, eləcə də radikal müxalifətin cəmiyyətin parçalanmasına xidmət edən sərt ritorikasını tənqid edib. Partiya sədri siyasi partiyaların işğaldan azad olunmuş ərazilərə təşkil olunmuş birgə səfərlərini xatırladaraq, bu cür müsbət təcrübənin davamlı olmasını arzulayıb.
Görüşdə qeyd edilib ki, Azərbaycan Demokratik Maarifçilik Partiyasının da təmsil olunduğu Milli Məclisdə ümumilikdə 10 müxalifət partiyasının yer alması ölkəmizdə demokratik mühitin təzahürüdür. Bu partiyaların nümayəndələrinin ilk dəfə olaraq Milli Məclisin, həmçinin komitə və komissiyalarının rəhbərliyində vəzifə tutması xüsusi vurğulanıb.
Elşən Musayev Regional məsələlər komitəsinin sədr müavini kimi fəaliyyətindən söz açaraq parlamentin son illərdə müxtəlif istiqamətlərdə əldə etdiyi uğurlar, qarşıda duran vəzifələr, eləcə də qanunvericilik hakimiyyətinin icra hakimiyyəti orqanları ilə əməkdaşlığının daha da təkmilləşdirilməsi perspektivləri barədə danışıb.
Ədalət Vəliyev konstruktiv əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, Elşən Musayevə və onun sədrlik etdiyi siyasi partiyaya dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində gələcək fəaliyyətində uğurlar arzulayıb.
İraqdan iki azərbaycanlı uşaq ölkəmizə repatriasiyası edilib
Şimal bölgəsinə 20 santimetrədək qar yağıb
Azərbaycan nefti 122,94 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb
Hərbi attaşelər Naxçıvana səfər ediblər
Bu gün UEFA Konfrans Liqasının qalibi müəyyənləşəcək
Zelenski Rusiya ilə danışıqlara qayıtmağın şərtini açıqlayıb
Sərhədlərin delimitasiyası üzrə komissiyanın növbəti görüşləri Moskvada və Brüsseldə keçiriləcək
Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın ilk görüşü keçirilib
Şarl Mişel Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın görüşündən yazdı
Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müavinlər təyin edilib
Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri vəzifəsindən azad edilib
Aleksandr Lukaşenko İlham Əliyevi təbrik edib
Tehranda Xəzər dənizi ilə bağlı kommünikesi qəbul edilib
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
Bakı Enerji Forumunun bağlanış mərasimi Şuşada keçiriləcək
İstanbulda Türk Dünyası Sığorta Birliyi yaradılıb
Bakıda ilk dəfə Bitki Sağlamlığı Forumu keçirilib
“Air Arabia” Abu-Dabidən Bakıya uçuşları bərpa edir
Azərbaycandan bu il 680 nəfər 9 106 manata Həcc ziyarətinə gedə biləcək
Sabah Milli Məclisin komitə islasında dövlət büdcəsinin icrası müzakirə ediləcək
Vilyam Hacıyevin 5 milyon manatdan artıq əmlakının üzərinə həbs qoyulub
Kreml Rusiyanın BMT-dəki nümayəndəsinin Ukrayna ilə müharibəyə qarşı çıxmasına münasibət bildirib
İlham Əliyev "Paris-2024" Olimpiya oyunlarının yayımı üçün İTV-yə 640 min dollar ayırıb
Yasamalda törədilən qətlin üstü 9 il sonra açıldı