logo

Zelenski Putinlə görüşməyə hazır olduğunu deyir

13:53 13-05-2022 | icon 3479
Zelenski Putinlə görüşməyə hazır olduğunu deyir

Ukrayna prezidenti Volodimir Zelenski şəxsən rusiyalı həmkarı Vladimir Putinlə görüşməyə və danışmağa hazırdır. Bu, Kremlyönlü vasitəçilər olmadan və ultimatumlarla deyil, dialoq şərtləri ilə mümkündür.

YeniAvropa xəbər verir ki, bu barədə V.Zelenski İtaliyanın “Rai 1” telekanalına müsahibəsində deyib.

"Rusiya Federasiyası ilə danışıqlara gəlincə, məsələ hər keçən gün daha da mürəkkəbləşir. Mən şəxsən belə hesab edirəm, çünki kiçik şəhərlər hər gün işğaldan azad edilir və biz rus hərbçilərinin tərk etdiyi zorakılıq, işgəncə, edam izlərini görürük və buna görə də danışıqların mümkünlüyü ilə bağlı məqam getdikcə mürəkkəbləşir”, - deyə V.Zelenski bildirib.

Onun sözlərinə görə, Ukrayna cəmiyyəti 8 il ərzində Rusiya Federasiyası ilə danışmaq istəyib. "İndi cəmiyyət buna müsbət yanaşmır. Mən bir prezident kimi Putinlə danışmağa hazıram, ancaq onunla, onun vasitəçiləri olmadan və ultimatumlarla deyil, dialoq şərtləri əsasında danışmağa hazıram", - deyə V.Zelenski vurğulayıb.