logo

Azərbaycan “Eurovision 2022” mahnı müsabiqəsinin finalına yüksəlib

09:24 13-05-2022 | icon 8498
Azərbaycan “Eurovision 2022” mahnı müsabiqəsinin finalına yüksəlib

İtaliyanın ən böyük qapalı arenalarından olan “PalaOlimpico”da təşkil edilən 66-cı “Eurovision” mahnı müsabiqəsinin ikinci yarımfinalı başa çatıb. Azərbaycan təmsilçisi Nadir Rüstəmli “Fade To Black” adlı mahnını ifa edib.

YeniAvropa xəbər verir ki, Turin şəhərinin ev sahibliyi ilə keçirilən “Eurovision 2022”nin ikinci yarımfinalında iştirak edən 18 ölkədən ancaq 10-u final mərhələsinə adlaya bilib.

Azərbaycan da daxil olmaqla Belçika, Çexiya, Polşa, Finlandiya, Estoniya, Avstraliya, İsveç, Ruminiya, Serbiya finala vəsiqə qazanıb.

Qeyd edək ki, mahnı müsabiqəsinin birinci yarımfinalında 10 ölkə - Norveç, Yunanıstan, Ukrayna, Moldova, Niderland, İsveçrə, İslandiya, Litva, Portuqaliya və Ermənistan finala çıxmışdı.

Fransa, Almaniya, İspaniya, Böyük Britaniya və ev sahibi İtaliya yarışmaya birbaşa finaldan qoşulacaq. Şüarı “The Sound of Beauty” (“Gözəlliyin Səsi”) olan “Eurovision 2022”nin finalı mayın 14-də keçiriləcək. Finalda ümumilikdə 25 ölkənin təmsilçiləri çıxış edəcəklər.