İlham Əliyev və xanımı Şuşada "Xarıbülbül” Festivalının açılışında
Mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışı olub.
YeniAvropa xəbər verir ki, prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva festivalın açılışında iştirak ediblər.
Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə elan edilən “Şuşa İli”ndə keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu tərəfindən təşkil olunub. Mayın 14-də başa çatacaq sayca beşinci festivala xarici ölkələrdən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilər, rəqs kollektivləri, həmçinin Azərbaycanın müxtəlif regionlarından folklor kollektivləri qatılıblar.
Festivalın açılış konserti Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının ifasında “Vətən süitası” ilə başlayıb.
Sonra əməkdar artistlər İlkin Əhmədov, Babək Niftəliyev və Səbinə Ərəblinin ifasında “Qarabağ şikəstəsi”nin sədaları Şuşa dağlarına yayılıb.
Vətən müharibəsində Azərbaycana əsl qardaşlıq dəstəyi göstərən Türkiyəni festivalda Türk Dünyası Musiqi və Xalq Rəqsləri Ansamblı təmsil edir. Ansamblın ifasında “Van yöresi” xalq rəqsi maraqla qarşılanıb.
Azərbaycanın xalq artisti Polad Bülbüloğlu “Çal oyna” xalq mahnısını, “Cəngi” estrada folklor rəqs ansamblı “Tənzərə”, əməkdar artist Şirzad Fətəliyev və nəfəs alətləri qrupu isə “Turacı” xalq rəqslərini ifa ediblər.
Malinin Şeyx Tidiane Sek etnocaz qrupu “Sanqa Bo” kompozisiyasını, “Pakistan rəngləri” qrupu “Bhanqra” rəqsini, "Melitassi" gürcü folklor rəqs ansamblı “Svanuri” rəqsini təqdim ediblər.
Azərbaycan dövlət rəqs ansamblı avar xalq rəqsini, Tunisin “Yuma” dueti “Smek” kompozisiyasını, Özbəkistanın Baxor Dövlət Rəqs Ansamblı isə “Bayot” xalq rəqsini ifa etdilər.
Daha sonra əməkdar mədəniyyət işçisi aşıq Samirə Əliyeva və aşıq Əli Tapdıqoğlu “Qarabağ qaytağısı” saz havasını, xalq artisti Polad Bülbüloğlu və Bakı Xoreoqrafiya Akademiyasının “Xarıbülbül” rəqs ansamblı “Qarabağım” mahnısını səsləndiriblər.
Açılış konserti əməkdar artist Aybəniz Haşımovanın və "Bülbüllər” qrupunun ifasında “Vətəndən pay olmayır” mahnısı ilə başa çatıb.
Cevdet Yılmaz Türkiyənin vitse-prezidenti vəzifəsinin icrasına başlayıb
Naxçıvanda aqroparklar yaradılacaq
Azərbaycanda daha 1 nəfər koronavirusa yoluxub
Türkiyədən Naxçıvana təbii qaz xətti çəkiləcək
Səməd Seyidov AŞ PA-nın həmməruzəçiləri ilə görüşüb
Naxçıvanın sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı təsdiqlənib
Ermənistan Türkiyə ilə danışıqlarda heç bir ilkin şərt irəli sürməyib
İranda saxlanılan Fərid Səfərli ilə görüşün təşkili istiqamətində iş aparılır
Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı istintaq davam edir
Əli Əsədov Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
İyulda Moskvada üçtərəfli formatda növbəti görüş keçiriləcək
II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının açılışı olub
Sabah Bakıda arabir yağış yağacaq, 28° isti olacaq
Regionda sülhün əldə edilməsi qaçılmazdır-Ceyhun Bayramov
Müdafiə Nazirliy artilleriya rəislərini toplayıb
"Əziz Şuşa" beynəlxalq velosiped turniri keçiriləcək
Azərbaycanda vahid məktəbli formasına keçilir
Faktiki hava: Gədəbəy və Qubaya dolu düşüb
İşğaldan azad edilən ərazilərdə daha 51 mina aşkarlanıb
İyunun 10-dan IV sinif şagirdlərinin monitorinqi aparılacaq
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 77 nəfər saxlanılıb
Bakıda hərbi sursat tapılıb
Gəncədə axtarışda oldan qadın intihar edib
Şagirdlərin elektron yerdəyişməsi dayandırılır
Rəsmi Bakı Ermənistan Təhlükəsizlik Şurasının katibinə cavab verib