logo

Bakı-Quba yolundakı avtoqəzada 3 nəfər ölüb, 2i nəfər yaralanıb

13:13 12-05-2022 | icon 9163
Bakı-Quba yolundakı avtoqəzada 3 nəfər ölüb, 2i nəfər yaralanıb

Mayın 12-də Bakı-Quba yolunda üç nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

YeniAvropa xəbər verir ki, yolun 68-ci kilometrliyində qeydə alınan qəzada “VAZ 2106” markalı avtomobil yük maşınına çırpılıb. Qəza nəticəsində minik maşınının sürücüsü Orxan Qasımov, sərnişinlər - 31 yaşlı Pərviz Xudabaxışov və onun 2 aylıq qızı Mədinə ölüb, 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər.

Faktla bağlı araşdırmalar aparılır.