Azərbaycanı ilin sonunadək Avropaya 10 milyard m3-dən çox qaz göndərəcək
Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən “Cənub-Şərqi Avropada Enerji Keçidi: Enerji təhlükəsizliyi, diversifikasiyası və yaşıl enerjiyə keçid üzrə regional əməkdaşlıq” mövzusunda Nazirlərin dəyirmi masasında iştirak edib.
YeniAvropa xəbər verir ki, bu barədə Energetika Nazirliyindən bildirilib.
Açılış mərasimində çıxış edən nazir prezident İlham Əliyev ilə Avropa İttifaqının enerji məsələləri üzrə komissarı xanım Kadri Simson arasında bu ilin fevralında keçirilən görüşdən sonra İttifaqla enerji dialoquna diqqət çəkib. Bildirilib ki, enerji dialoqumuzun əsas istiqamətlərini enerji sektorunun karbonsuzlaşdırılması, enerji keçidi, enerji səmərəliliyi, Avropaya əlavə həcmdə qaz, o cümlədən hidrogen ixracı üçün Cənub Qaz Dəhlizinin genişləndirilməsi, digər “yaşıl enerji” növlərinin istehsalı və ixracı təşkil edir.
Nazir çıxışında dayanıqlı, əlverişli və təhlükəsiz enerji təchizatının təmin edilməsinin vacibliyinə diqqət çəkərək, bu problemin həllinin diversifikasiya, enerji təhlükəsizliyi və yaşıl keçid üçlüyü arasında seçim edilməsində deyil, onların balanslaşdırılmış vəhdətində olduğunu bildirib. Keçid prosesində karbohidrogen mənşəli ən təmiz enerji mənbəyi kimi təbii qaz və bərpa olunan enerji mənbələrinin əks qütblər kimi deyil, enerji təchizatının daha da şaxələndirilməsini təmin edən bərabər mövqeyə malik enerji resursları kimi çıxış edəcəyi qeyd olunub.
Bildirilib ki, Cənub Qaz Dəhlizi enerji böhranı zamanı Avropa istehlakçılarını fasiləsiz və sərfəli təbii qazla təmin etməklə qısa müddət ərzində öz strateji əhəmiyyətini sübuta yetirib və Azərbaycan həm region, həm də Avropa ölkələri üçün etibarlı enerji təchizatçısı kimi rolunu davam etdirmək əzmindədir: “İndiyədək TAP vasitəsilə Avropaya 11,6 milyard kubmetr qaz nəql edilib. Cari ilin ilk dörd ayında Avropaya tədarük edilən 3,5 milyard kubmetr Azərbaycan qazının 3,1 milyard kubmetri İtaliyanın, 0,3 milyard kubmetri Yunanıstanın, 0,1 milyard kubmetri isə Bolqarıstanın payına düşüb. Hazırkı ixrac tempi ilə Avropaya qaz tədarükümüzün ilin sonuna kimi 10 milyard kubmetrdən çox olacağı gözlənilir”.
Həmçinin Azərbaycanın dekarbonizasiya və “yaşıl enerji”yə keçidlə bağlı planları və həyata keçirilən layihələr barədə də geniş məlumat verilib. Nəhəng təbii qaz ehtiyatları ilə yanaşı, bərpa olunan enerji potensialımızın da Avropa İttifaqı ilə mövcud mütərəqqi enerji dialoqunun daha da inkişaf etdirilməsi üçün böyük imkanlar yaratdığı, hazırda Xəzərin külək potensialının təxminən 7 qeqavatından istifadə edilməklə “yaşıl enerji” istehsalı və bir hissəsinin Gürcüstan və Rumıniya vasitəsilə Qara dənizdə sualtı elektrik kabeli ilə Avropaya ixrac edilməsinə dair yeni layihənin nəzərdən keçirildiyi diqqətə çatdırılıb.
Tədbir qaz təchizatının təhlükəsizliyi, regional elektrik bazarı, yaşıl enerjiyə keçid və gələcəyə baxış mövzularında 4 panel sessiya ilə davam edib.
COP29-un bağlanış plenar iclası keçirilir
İranda İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının iclası keçiriləcək
İqlim fəalları inkişaf etmiş ölkələri iqlim maliyyəsi vədinə əməl etməyə çağırıblar
İlham Əliyev həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Laçında 4,5 ballıq zəlzələ olub
Sabah Bakıda qısamüddətli yağış yağacaq,17° isti olacaq
Şeyxülislam BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunda iştirak edəcək
Ukrayna ballistik raketlər istehsal edəcək
AFFA nümayəndəsi UEFA Gənclər Liqasının oyununa təyinat alıb
Azərbaycan nefti 76,52 dollara satılır
COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanılıb
Putin “Oreşnik” raketi ilə öyünüb
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb