Mayın 2-də Avropa İttifaqına (Aİ) üzv ölkələrin enerji nazirlərinin fövqəladə iclası keçiriləcək.
YeniAvropa xəbər verir ki,iclasda ötən günlərdə Rusiyanın Polşa və Bolqarıstana təbii qaz nəqlini dayandırması və qarşıdakı dövrdə bu iki ölkənin qaza olan tələbatının ödənilməsi ilə bağlı məsələlər müzakirə olunacaq.
Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen Polşa və Bolqarıstanın hazırda Aİ üzvü olan qonşularından qaz aldığını açıqlayıb.