Prezident Kasım-Jomart Tikayev Qazaxıstan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendum keçirilməsini təklif edib.
YeniAvropa xəbər verir ki, bu barədə ölkə başçısı Qazaxıstan Xalqları Assambleyasının 31-ci sessiyasında bildirib.
Kasım-Jomart Tikayev deyib ki, referendum hər bir vətəndaşa ölkənin taleyinin həllində birbaşa iştirak etməyə imkan verəcək və hərtərəfli demokratikləşmə və yeni Qazaxıstanın qurulması kursunu gücləndirəcək.