logo

Zelenski ilə Putin "G20" sammitinə dəvət olunublar

12:10 29-04-2022 | icon 4424
Zelenski ilə Putin "G20" sammitinə dəvət olunublar

Ukrayna prezidenti Volodimir Zelenski və Rusiya lideri Vladimir Putin “Böyük iyirmiliyin”(G200 İndoneziyada keçiriləcək sammitinə dəvət alıblar.

YeniAvropa "France-Presse" agentliyinə istinadla xəbər verir ki, Volodimir Zelenski "G20 "sammitinə dəvətə görə İndoneziya prezidenti Coko Vidodoya minnətdarlığını ifadə edib.

“İndoneziya prezidenti Coko Vidodo ilə danışdım. Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyinə, əsasən də BMT-də aydın mövqeyinə görə ona təşəkkürümü çatdırdım. Biz, həmçinin ərzaq təhlükəsizliyi məsələsini də müzakirə etdik. "G20" sammitinə dəvətinə görə minnətdaram”, - deyə Volodimir Zelenski bildirib.

"Ukrinform" agentliyinin məlumatına görə, bundan öncə ABŞ və bəzi ölkələr noyabrda keçiriləcək "G20" sammitinə ev sahibliyi edəcək İndoneziyadan bəzi tədbirlərə Ukraynanı da çağırmağı xahiş ediblər.