Türkiyə və Ermənistan arasında normallaşma prosesi üzrə xüsusi nümayəndələr səfir Serdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan mayın 3-də yenidən bir araya gələcəklər.
YeniAvropa xəbər verir ki, bu barədə məlumatı Türkiyə Xarici İşlər Nazirliyi yayıb. Bildirilir ki, xüsusi nümayəndələrin budəfəki görüşü də Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək.