“AZERCELL CUP” müsabiqəsinin qalibləri mükafatlandırılıb
Aprel ayının 27-si “Azercell Telekom” MMC və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində təşkil edilən “AZERCELL CUP” müsabiqəsinin qalibləri ilə görüş keçirilib. 300-dən çox 5-7-ci sinif şagirdlərinin qatıldığı müsabiqədə informatika fənni üzrə xüsusi bilikləri ilə fərqlənərək birinci, ikinci və üçüncü yeri qazanan 21 iştirakçı lider mobil operator tərəfindən sertifikatlar və dəyərli hədiyyələr ilə təltif edilib.
YeniAvropa xəbər verir ki, mükafatlandırma mərasimində “Azercell Telekom” MMC-nin rəhbər heyəti, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Təhsil İnstitutunun rəsmiləri iştirak ediblər.
Tədbirin açılışını edən "Azercell"in Media ilə əlaqələr üzrə direktoru Nigar Şıxlinskaya qalibləri təbrik edərək gənclərin elmi potensialının aşkar edilməsinə və inkişafına yönələn bu təşəbbüsün "Azercell" üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb: “İKTmüasir həyatın bütün aspektlərini əhatə edir, həm insanlar, həm də cihazlar arasında qarşılıqlı fəaliyyət, ünsiyyət, informasiya əldə etmək üçün yeni, daha sürətli yollar təqdim edir. İKT sahəsi üzrə mütəxəssislərin yetişdirilməsi, rəqəmsal texnologiyalara, informatika elminə maraq göstərən, alqoritmik düşünmə qabiliyyəti ilə fərqlənən şagird və tələbələrin inkişaf etdirilməsi Azercell-in sosial məsuliyyət strategiyasının vacib istiqamətlərindəndir. 2017-ci ildən etibarən Azercell Təhsil Nazirliyi və İnformatika üzrə Milli Olimpiada komandasının məğrur tərəfdaşı qismində məktəblilərimizin müxtəlif miqyaslı beynəlxalq olimpiada və müsabiqələrə hazırlıq prosesinə dəstək olur. Şagirdlərimizlə qürur duyur, onlara topladıqları bilikləri uğurla nümayiş etdirməyi arzu edirik!”.
Sözügedən müddətdə məktəblilərimiz müxtəlif miqyaslı olimpiada və müsabiqələrdə uğurla çıxış edərək 1 qızıl, 10 gümüş, 23 bürünc olmaqla, ümumilikdə 34 medal əldə ediblər.
Ümumi təhsilin təşkili və idarəolunması sektorunun rəhbəri Fuad Qarayev bu layihənin gerçəkləşməsinə göstərdiyi dəstək üçün Azercell şirkətinə öz təşəkkürünü bildirərək ümumtəhsil müəssisələrində dövlət və özəl əməkdaşlığının əhəmiyyətini vurğuladı.
Tədbirin rəsmi hissəsindən sonra "Azercell Plaza"da şagirdlər üçün ekskursiya proqramı da təşkil edildi. Məktəblilər şirkətin ayrı-ayrı şöbələrinin fəaliyyəti ilə yaxından tanış olub, onları maraqlandıran sualları Azercell əməkdaşlarına ünvanladılar.
Xatırladaq ki, ötən ilin iyun ayında start verilən “AZERCELL CUP” proqramlaşdırma üzrə iki mərhələli müsabiqə lider mobil operatorun 25 illik yubileyinə həsr olunmuşdur. ADA universitetində baş tutan final turunda 5 alqoritmik məsələnin həlli üçün 3 saat vaxt təqdim edilmişdir. Nəticədə 4 şagird birinci, 7 şagird ikinci və 10 şagird isə üçüncü yeri qazanmış oldu.
İqlim fəalları inkişaf etmiş ölkələri iqlim maliyyəsi vədinə əməl etməyə çağırıblar
İlham Əliyev həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Laçında 4,5 ballıq zəlzələ olub
Sabah Bakıda qısamüddətli yağış yağacaq,17° isti olacaq
Şeyxülislam BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunda iştirak edəcək
Ukrayna ballistik raketlər istehsal edəcək
AFFA nümayəndəsi UEFA Gənclər Liqasının oyununa təyinat alıb
Azərbaycan nefti 76,52 dollara satılır
COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanılıb
Putin “Oreşnik” raketi ilə öyünüb
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır