Rusiya Ümumdünya Turizm Təşkilatından (UNWTO) çıxmaq niyyətini açıqlayıb.
YeniAvropa xəbər verir ki, bu barədə UNWTO-nun baş katibi Zurab Pololikaşvili özünün "Twitter" hesabında məlumat paylaşıb.
“Bu gün Rusiya geri çəkilmək niyyətini açıqlayıb. Məqsədlərimiz aydındır: sülh üçün turizmin təşviqi və insan hüquqlarına universal hörmət. Yalnız buna əməl edən üzvlər UNWTO-nun bir hissəsi ola bilər", - deyə Z.Pololikaşvili paylaşımında qeyd edib.