Aprelin 26-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
YeniAvropa Türkiyə KİV-inə istinadla xəbər verir ki, prezidentlər Rusiya və Ukrayna arasında davam edən böhranla bağlı son vəziyyəti müzakirə ediblər.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan böhranın həlli üçün müzakirələrin liderlər səviyyəsinə çıxarılması təklifini yeniləyib.