Çanaqqala döyüşlərinin 107-ci ildönümü qeyd olunur
Bu gün qardaş Türkiyədə Çanaqqala quru döyüşlərinin 107-ci ildönümü qeyd olunur.
YeniAvropa xəbər verir ki, Çanaqqala 1915-1916-cı illərdə, I Dünya müharibəsi zamanı Osmanlı dövləti ilə Antanta dövlətləri arasında baş vermiş dəniz və quru döyüşüdür. İttifaq ölkələri Osmanlı dövlətinin paytaxtı İstanbulu almaq məqsədilə boğazlara nəzarəti ələ keçirmək, Rusiya ilə etibarlı ticarət yolu açmaq, Almaniyanın müttəfiqlərindən birini zəiflətmək məqsədləri ilə ilk hədəf olaraq Çanaqqala boğazına girərək müharibənin taleyini tam şəkildə həll etməkdə qərarlı idilər. Lakin bu hücumlar uğursuz oldu. Hər iki tərəf çox ağır itkilər verdi. Antanta dövlətlərinin hərbi dəniz qüvvələrinin Çanaqqala boğazını keçmək cəhdləri 1915-ci il martın 18-də böyük uğursuzluğa uğradı.
Bu dövrdə Mustafa Kamal Paşayа Аnаfаrtаlаr cəbhəsində оrdu qruplаrındаn birinə rəhbərlik еtmək tаpşırılmışdı. Həmin dövrdə cəbhədə vəziyyət аğır оlаrаq qаlırdı. Lаkin düşmən Osmanlı əsgərlərinin müqаvimətini qırаrаq İstanbulu və bоğаzlаrı tutmаq niyyətini həyаtа kеçirə bilmədi. Dənizdən hücumlа Çanaqqalanı ələ kеçirə bilməyəcəyini аnlаyаn düşmən tаktikаnı dəyişərək Mustafa Kamal Paşanın dеdiyi kimi, Seddülbahirdən quruyа qоşun çıxаrmаğа bаşlаyır. 1915-ci il aprеlin 25-də аdıçəkilən istiqаmətdə quruyа çıxаrılаn ingilis-frаnsız əsgərləri ilə Osmanlı оrdusu аrаsındа о dövrün ən qаnlı döyüşləri bаşlаyır. Çоxsаylı düşmən qаrşısındа Osmanlı əsgərlərinin sаyı оlduqcа аz idi. Ağır döyüşlər gedərkən əsgərlərin mərmilərinin bitdiyini görən Mustafa Kamal onlara süngülərini tüfənglərinə keçirməyi əmr etdi və “Mən sizə ölməyi əmr edirəm. Biz öldükdən sonra yerimizə digər qüvvələr, başqa komandanlar keçəcək”, - deyə bildirdi. Bu, bəlkə də tarixboyu görünmüş ən böyük sınaq və şərəf döyüşü oldu. Şəhid olan əsgərlərin yeri həmin an doldurulurdu. Tezliklə dekabrın 20-də Anafartalar və Arıburnu cəbhəsi, 1916-cı il yanvarın 8-9-da Seddülbahir düşmənlərdən azad edildi. Beləliklə, düşmənin birləşmiş qüvvələri geri çəkilmək məcburiyyətində qalaraq döyüş meydanını tərk etdi.
1915-ci il martın 18-dən 1916-cı il yanvarın 9-dək olan dövrdə baş verən bu döyüşlər müasir Türkiyə dövləti üçün tarixi əhəmiyyət daşıyır. Tarixi mənbələrə görə, Osmanlı ordusu Çanaqqala döyüşlərində 250 min şəhid verib. Döyüş zamanı 3 mindən çox azərbaycanlı şəhid olub.
Səhər saatlarında başlayan anma proqramı çərçivəsində Türkiyənin Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə "57-ci Alay Sadiqlik Yürüşü" baş tutub.
Yürüşdən əvvəl Çanaqqalanın tarixi Gelibolu Yarımadası Kocadere Köyü Düşərgəsinə səhər saatlarında açılan top atəşi ilə şəhidlərin xatirəsi yad edilib.
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır
İstanbulda Azərbaycan-Türkiyə enerji əməkdaşlığı müzakirə edilib
DSX-da gənc əsgərlərin andiçmə mərasimi keçirilib
Gələn il "Şahdağ"da Avrasiya Dağ Kurortları Festivalı keçiriləcək
Sabah bakıda 18° isti olacaq
Azərbaycanın turizm potensialı Daşkənd beynəlxalq sərgisində nümayiş olunur
Qırğızıstan Azərbaycanla ikiqat vergitutmanı aradan qaldırıb
İlham Əliyev İsrailin nəqliyyat nazirini qəbul edib
Almaniya Rusiya ilə müharibə üçün əməliyyat planı hazırlayıb
"Azercell"dən “Möhtəşəm Cümə” endirimləri
"DÇ-2026"da İspaniya və ya Argentina çempion olacaq-"Goal"un proqnozu
Cari ildə 301 sərhəd pozucusu saxlanılıb-Araz Məmmədov