logo

Rusiya işöalçı ordusu Lvov və Vinnitsanı raket atəşinə tutub

09:35 25-04-2022 | icon 2401
Rusiya işöalçı ordusu Lvov və Vinnitsanı raket atəşinə tutub

Rusiya işğalçı ordusu aprelin 25-si səhər saatlarında Ukraynanın bir sıra şəhərləri və yaşayış məntəqələri raket atəşinə tutub. 

YeniAvropa xəbər verir ki, Ukraynanın Lvov və Vinnitsa vilayətlərinin ərazilərində partlayış səsləri eşidilib. Bu barədə hər iki vilayətin administrasiyaları məlumat yayıb.

Məlumata görə, hər iki vilayətin bir neçə məntəqəsinə raket zərbəsi endirilib. Raket zərbələri nəticəsində ölən və yaralananların olub-olmadığı araşdırılır.

Raketlərin Qara dənizdən atıldığı müəyyən edilib.