logo

İran Rusiyaya silah verir?

16:20 24-04-2022 | icon 1701
İran Rusiyaya silah verir?

Bir sıra kütləvi informasiya vasitələrində İranın guya Rusiyaya silah verməsi barədə yayılan xəbərlər yalandır və həqiqəti əks etdirmir.

YeniAvropa xəbər verir ki, bu barədə Rusiyanın İrandakı səfirliyi tərəfindən yayılan bəyanatda deyilir.

Bildirilir ki, Rusiya silahlı qüvvələrinin kifayət qədər ehtiyatı var.

Qeyd edək ki, “Böyük Britaniyada dərc olunan “Тhe Guardian” qəzeti dünən Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatları davam etdirmək üçün İrandan silah-sursat alması ilə bağlı informasiya yayıb. Lakin qəzet bununla bağlı faktları təqdim etməyib.