Rusiya Müdafiə Nazirliyinin Kosmik Hava Müdafiəsi Qoşunlarının Mərkəzi Elmi-Tədqiqat İnstitutunda yanğın nəticəsində həlak olanların sayı 11 nəfərə çatıb.
YeniAvropa xəbər verir ki,hadisə aprelin 21-də baş verib. Əvvəlcə yanğın zamanı 6 nəfərin həlak olduğu, 30 nəfərin xəsarət aldığı bildirilirdi.
Tver şəhərində yerləşən institutun binasında yanğından sonra aparılan xilasetmə işləri zamanı daha 5 nəfərin meyiti aşkar edilib. Yanğın elektrik naqillərində qısaqapanma səbəbindən baş verib.
Qəza ilə bağlı cinayət işi açılıb.
Müdafiə Nazirliyinin Kosmik Hava Müdafiəsi Qoşunlarının Mərkəzi Elmi-Tədqiqat İnstitutu 2014-cü ildə yaradılıb. Burada Rusiya kosmik hava müdafiəsi, hərbi kosmik fəaliyyəti, eləcə də MDB ölkələrinin birləşmiş hava hücumuna qarşı müdafiə sistemi ilə əlaqədar tədqiqatlar aparılır.