logo

Türkiyə Suriyaya uçan Rusiya təyyarələri üçün hava məkanını bağladı

21:51 23-04-2022 | icon 5152
Türkiyə Suriyaya uçan Rusiya təyyarələri üçün hava məkanını bağladı

Türkiyə tərəfi Suriya ərazisinə hərbçi daşıyan, eləcə də mülki uçuşlar edən Rusiya təyyarələri üçün hava məkanını bağlayıb. Bu icazələr üçaylıq verilirdi. Aprelə qədər verilmiş icazə vaxtı bitdi.

 YeniAvropa Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Latın Amerikası ölkələrinə səfər edərkən söyləyib.

Gündəlikdə duran məsələlər, eləcə də Ukrayna ətrafında yaranmış böhranın həlli istiqamətində yaranmış vəziyyət barədə məlumat verən türkiyəli nazir deyib ki, Ukrayna və Rusiya daha həssas məsələləri müzakirə edirlər.

Xatırladaq ki, nazir Mövlud Çavuşoğlunun Uruqvaya səfəri çərçivəsində iki ölkə arasında əməkdaşlıq sənədləri imzalanıb. Nazirlər Mövlud Çavuşoğlu və Francisco Bustillonun iştirakı ilə Türkiyənin Montevideoda səfirliyinin açılışı olub.

Mövlud Çavuşoğlu bildirib ki, imzalanan müqavilələr əsasında illik ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması hədəflənir.