Türkiyədə 23 aprel - Milli Suverenlik və Uşaq Bayramı qeyd olunur. 1920-ci il aprelin 23-ü Türkiyənin Birinci Böyük Millət Məclisinin yarandığı və türk xalqının suverenliyini elan etdiyi gündür.
YeniAvropa xəbər verir ki, bu münasibətlə ölkənin küçələri və meydanları bayramsayağı bəzədilib. Şəhər və qəsəbə mərkəzlərində, məktəblərdə bayram tədbirləri keçirilib.
Bayram münasibətilə parlamentin 1923-cü ildə təsis edildiyi binada Atatürkü anma mərasimi keçirilib. Mərasimdə çıxış edən Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop ölkənin suverenlik tarixindən danışaraq əminliklə bildirib ki, böyük türk xalqı əcdadlarından əmanət olan dövlətini əbədiyyətə qədər qoruyacaq və inkişaf etdirəcək.
Ölkənin hər yerində bayram tədbirləri davam edir.