Niderland hökuməti ilin sonuna qədər Rusiyadan qaz, neft və kömürün bütün alışlarını tamamilə dayandırmaq niyyətindədir.
YeniAvropa "RİA Novosti"yə istinadla xəbər verir ki, bu barədə ölkənin iqlim və energetika naziri Rob Jetten məlumat verib.
Nazirin sözlərinə görə, enerjiyə qənaət etməklə və digər ölkələrdən mayeləşdirilmiş təbii qaz idxal etməklə bu ilin sonuna qədər Rusiyadan enerji asılılığından azad olunacaq.
"Biz artıq qaz və neft müqavilələrimizlə Rusiya döyüş maşınını maliyyələşdirmək istəmirik",-deyə Niderlandın energetika naziri "Algeemen Dagblad" nəşrinə müsahibəsində vurğulayıb.