logo

BMT baş katibi Moskvaya  Putinlə görüşə gedir

17:30 22-04-2022 | icon 1946
BMT baş katibi Moskvaya  Putinlə görüşə gedir

Rusiya prezidenti Vladimir Putin aprelin 26-da Moskvada BMT-nin baş katibi Antoniu Quterreşi qəbul edəcək.

 YeniAvropa "TASS" agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Quterreşin ofisi BMT baş katibinin aprelin 25-də Lavrov və Putinlə görüşmək üçün Moskvaya gedəcəyini təsdiqləyib.

Aprelin 19-da Quterreş Rusiya və Ukraynanın BMT-dəki daimi nümayəndəliklərinə məktublar göndərərək iki ölkənin prezidentləri Vladimir Putin və Volodimir Zelenskidən onu paytaxtlarında qəbul etmələrini xahiş edib.