logo

Mariupolda binaların 98 faizə qədəri dağılıb - Zelenski

11:11 21-04-2022 | icon 1960
Mariupolda binaların 98 faizə qədəri dağılıb - Zelenski

Hazırda Mariupolda demək olar hər şey, bütün binaların 95-98 faizə yaxını dağılıb.

 YeniAvropa  "Ukrinform" agentliyinə istinadla xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski Fransanın "BFMTV" kanalına müsahibəsində bildirib. O qeyd edib ki, dağılan binalara, həmçinin məktəblər, uşaq bağçaları, adi yaşayış məhəllələri, zavodlar və bütün infrastruktur obyektləri aiddir. Orada yalnız 3-4 faiz salamat nə isə qalıb.

Mariupol meri bundan əvvəl bildirib ki, Rusiya işğalçı ordusunun şəhərə hücumunun  başladığından bəri 20 min nəfərədək dinc sakin həlak olub. Mühasirəyə alınmış şəhərdə 120 min nəfərə yaxın sakin qalıb.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu bu gün səhər saatlarında Mariupolun tam nəzarətə götürüldüyünü elan edib. Onun sözlərinə görə, şəhərdəki “Azovstal” zavodunun ərazisində iki minə yaxın Ukrayna əsgəri gizlənir. RF prezidenti Vladimir Putin zavoda hücum etməməyi, orada gizlənənlərə təslim olmaq üçün vaxt verməyi əmr edib.