“İndiyədək 934 yaşayış məntəqəsi Rusiya işğalından azad edilib”.
YeniAvropa xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski açıqlayıb.
“Azad edilən yaşayış məntəqələrindən 435-də polis, 431-də yerli özünüidarəetmə və icra orqanları öz fəaliyyətini bərpa edib. 361 yaşayış məntəqəsində humanitar qərargahlar işə başlayıb”, - deyə dövlət başçısı bildirib.
Onun sözlərinə görə, Rusiya genişmiqyaslı hücum sayəsində kiçik də olsa, uğur qazanmağa çalışır.