logo

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar paketini qəbul edib

22:12 20-04-2022 | icon 5586
ABŞ Rusiyaya qarşı yeni sanksiyalar paketini qəbul edib

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar paketini qəbul edib.

YeniAvropa "RİA Novosti"yə istinadən xəbər verir ki, yeni paket ABŞ Maliyyə Nazirliyi tərəfindən açıqlanıb.

Sənədə əsasən, Rusiyanın 29 fiziki və 40 hüquqi şəxsi ABŞ Maliyyə Nazirliyinin yeni məhdudiyyətləri altına düşüb.

Digərləri ilə yanaşı, yeni məhdudiyyətlər Rusiya Mərkəzi Bankı sədrinin birinci müavini Kseniya Yudayeva, eləcə də “Otkritie" bankın idarə heyətinin sədri Mixail Zadornovu əhatə edib.

Bundan əlavə, Dövlət Departamenti Ukraynanın ərazi bütövlüyünü təhdid edən fəaliyyətlərdə və Donbasda insan hüquqlarının pozulmasında iştirak edən 635 rusiyalıya viza məhdudiyyəti qoyur.

Viza məhdudiyyətləri, həmçinin insan hüquqlarının kobud şəkildə pozulmasında iştirak edən üç rusiyalı məmura və Belarusda 17 şəxsə də təsir edəcək.