logo

NATO Mariupoldan dinc əhalinin təxliyəsində iştirak edə bilər

21:51 20-04-2022 | icon 2842
NATO Mariupoldan dinc əhalinin təxliyəsində iştirak edə bilər

NATO Mariupoldan dinc əhalinin təhlükəsiz təxliyəsində iştirak edə bilər.

YeniAvropa  "UNİAN" agentliyinə istinadla xəbər verir ki, bunu ABŞ dövlət katibinin müavini Viktoriya Nuland deyib.

"Rusiyanın Mariupoldan dinc əhali və yaralı əsgərlər üçün təhlükəsiz keçidə icazə verə biləcəyinə ümid var. Bu, baş verərsə, alyans ölkələrinin nümayəndələri bu işdə iştirak edə bilərlər", - deyə V.Nuland qeyd edib.