Ukraynanın Xarkov vilayəti istiqamətində gedən döyüşlər nəticəsində Rusiya ordusunun yüksək rütbəli bir zabiti ölüb, ikisi ağır yaralanıb.
YeniAvropa xəbər verir ki, bu barədə Ukraynanın “Om” TV-nin əməkdaşı Roman Tsımbalyuk bildirib.
Onun sözlərinə görə, Rusiyanın Moskva vilayətinin Kalininets şəhərində yerləşən 23 626 saylı 2-ci motoatısı diviziyanın komandirinin müavini polkovnik-leytenant Andrey Smirnov, həmin diviziyanın 31 134 saylı 15-ci motoatcı alayının komandiri polkovnik Xaritonov ağır yaralanıblar.
"Kalininetsdə dislokasiya olunan 2-ci motoatıcı divziyanın 31 135 saylı 1-ci motoatıcı alayının komandiri polkovnik-leytenant Deins Mejuyev ölüb",-deyə o, bildirib.