logo

Norveç Ukraynaya 100 ədəd “Mistral” zenit-raket kompleksi verib

12:32 20-04-2022 | icon 5810
Norveç Ukraynaya 100 ədəd “Mistral” zenit-raket kompleksi verib

Norveç Kiyevin silah tədarükü ilə bağlı xahişinə cavab olaraq Ukraynaya 100 ədəd “Mistral” zenit-raket kompleksi göndərib.

YeniAvropa xəbər verir ki, bu barədə "Reuters" agentliyi Norveçin müdafiə naziri Born Arild Qrama istinadla xəbər yayıb.

Nazirin sözlərinə görə, raketlər Norveç ordusu tərəfindən istifadə edilmir, lakin Ukraynaya böyük fayda gətirə biləcək müasir və effektiv silahdır.

Bir müddət öncə Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinə müxtəlif silahlar, əsasən də “Harpun” tipli gəmi əleyhinə raketlər və NASAMS tipli mobil zenit-raket kompleksləri göndərməsi barədə Osloya müraciət edib. Bundan əlavə, o, zirehli texnika və artilleriya sistemlərinin məhv edilməsi üçün vasitələrə də ehtiyac olduğunu deyib.

Xatırladaq ki, fevralın 24-də Rusiya Ukraynaya qarşı müharibəyə başlayıb. Hazırda ölkənin şərqində və cənubunda ağır döyüşlər gedir. ABŞ və Avropa ölkələri, o cümlədən İsveç, Danimarka, Finlandiya, Niderland, Almaniya və Baltikyanı ölkələr Ukraynaya maliyyə və silah yardımı göstərməyə davam edir. Norveç bundan əvvəl Ukraynaya ümumilikdə tank əleyhinə 4 min ədəd raket və digər hərbi texnika göndərmək barədə qərar qəbul etmişdi.