Almaniyanın "Henkel" kimya-sənaye kompaniyası Rusiyada biznesini dayandırmağı qərara alıb.
YeniAvropa "TASS" agentliyinə istinadla xəbər verir ki, bu barədə kompaniyanın aprelin 19-da dərc olunmuş bəyanatında deyilir.
“Ukraynada müharibənin son inkişafı ilə əlaqədar Rusiyada biznesimizdən imtina etmək qərarına gəldik”, - deyə bəyanatda bildirilir. Qeyd olunur ki, hazırda bu qərarın reallaşdırılması prosesinə hazırlıq gedir. Nizamlı prosesi təmin etmək üçün Henkel Rusiyadakı komandası ilə sıx əlaqədə detallar üzərində işləyəcək. RF-dən çıxışa hazırlıq zamanı kompaniyanın buradakı 2,5 min əməkdaşı işləməkdə davam edəcək və əməkhaqqı alacaq.
Kompaniyada hesab edirlər ki, planlaşdırılan çıxışın Henkel üçün maliyyə nəticələrini indiki vaxtda müəyyən etmək hələlik mümkün deyil.
Henkel Rusiyadakı 11 zavodunda yapışqan materiallar, yuyucu vasitələr və şəxsi gigiyena vasitələri istehsal edir.