Ukrayna və Rusiya Federasiyası beşinci dəfə hərbi əsirlərin qarşılıqlı mübadiləsini həyata keçiriblər.
YeniAvropa xəbər verir ki, bu barədə Ukrayna baş nazirinin müavini İrina Vereşçuk məlumat verib. Onun sözlərinə görə, 76 Ukrayna vətəndaşı geri qaytarılıb.
“Bu gün əsirlərin mübadiləsi olub. 60 hərbçi və 16 mülki şəxs geri qaytarılıb”, - deyə Vereşçuk əlavə edib.