logo

Finlandiya prezidenti koronavirusa yoluxub

11:11 19-04-2022 | icon 2212
Finlandiya prezidenti koronavirusa yoluxub

Finlandiyanın prezidenti Sauli Niinistö koronavirusa yoluxub.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki,  bu barədə Finlandiya prezidentinin dəftərxanası məlumat yayıb.

Bildirilib ki, 73 yaşlı  dövlət başçısından götürülən "COVİD-19" testinin cavabı müsbət olub.

“Prezident Niinistönün xəstələnməsinə baxmayaraq, özünü yaxşı hiss edir və təcrid edilmiş halda fəaliyyət göstərir”, - deyə açıqlamada qeyd olunub.

Məlumatda həmçinin qeyd edilib ki, koronavirusa yoluxma səbəbindən dövlət başçısının aprelin 21-də Norveçə planlaşdırılan səfəri təxirə salınıb.