Ukrayna prezidenti Volodimir Zelenski Ali Radaya ölkədə hərbi vəziyyət rejiminin uzadılması haqqında qanun layihəsi göndərib.
YeniAvropa xəbər verir ki, bu barədə "UNIAN" agentliyi məlumat yayıb.
Xatırladaq ki, Rusiya ordusu bu il fevralın 24-də Ukraynaya qarşı işğalçılıq müharibəsinə başlayıb. Həmin gündən Ukraynada hərbi vəziyyət rejimi tətbiq edilib. Sonra bu rejimin müddəti uzadılıb. Parlament martın 15-də qapalı iclasda “Ukraynada hərbi vəziyyətin uzadılması haqqında” qanun qəbul edib. Sonra bu müddət daha iki dəfə uzadılıb.