logo

Zelenski: “Ukrayna NATO və Krım məsələlərini Rusiya ilə müzakirə etməyə hazırdır”

22:34 16-04-2022 | icon 2464
Zelenski: “Ukrayna NATO və Krım məsələlərini Rusiya ilə müzakirə etməyə hazırdır”

“Ukrayna Rusiya ilə NATO-ya üzv olmaqdan imtina məsələsini və Krımın statusunu müzakirə etməyə hazırdır, ancaq hərbi əməliyyatlar dayandırıldıqdan və Rusiya qoşunları Ukrayna ərazisindən çıxarıldıqdan sonra”.

 YeniAvropa xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.

“Təhlükəsizlik zəmanətləri mövcuddur. Biz bunu istəyirik. NATO məsələsi var, danışaq. Krım məsələsi var, başa düşürük ki, atışma olmayandan sonra bu haqda danışaq. Bu normal bir addımdır. Məncə normaldır. Danışacağıq və qərar verməliyik. Amma atəş açılmayandan və hərbi texnika geri çəkiləndən sonra ”, - deyə Zelenski vurğulayıb.