logo

Rusiya işğalçı ordusu Kiyevi bombaladı: ölən və yaralanan var

10:50 16-04-2022 | icon 2387
Rusiya işğalçı ordusu Kiyevi bombaladı: ölən və yaralanan var

Aprelin 16-da səhər saatlarında Ukraynanın paytaxtı Kiyev şəhəri atəşə tutulub. Şəhərin Darnitski rayonunda partlayışlar baş verib, ölən və yaralananlar barədə məlumat dəqiqləşdirilir.

YeniAvropa xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko özünün "Teleqram" kanalında yazıb.

"Səhər saatlarında Kiyev atəşə tutulub. Hazırda hadisə yerində xilasedicilər və həkimlər işləyir. Zərərçəkənlər barədə məlumatlar dəqiqləşdirilir. Hər kəsə bir daha müraciət edirəm: Hava hücumu ilə bağlı siqnallara laqeyd yanaşmayın! Əvvəllər gedən və artıq paytaxta qayıtmağa hazırlaşan vətəndaşlardan isə hələlik bundan çəkinməyi və daha təhlükəsiz yerlərdə qalmalarını xahiş edirəm”, - deyə V.Kliçko qeyd edib.