Ukrayna rəsmilərinin bildirdiyinə görə, ölkədə müharibə başlayandan bəri üç minə yaxın ukraynalı hərbçi həlak olub.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski “CNN” telekanalına müsahibəsində deyib.
Prezident əlavə edib ki, 10 minə yaxın hərbçi yaralanıb və onlardan neçəsinin sağ qalacağını söyləmək çətindir.
V.Zelenskinin sözlərinə görə, mülki əhali arasında itkiləri təxmin etmək daha çətindir.
“Mülki insanlar haqqında danışmaq çox çətindir, çünki ölkəmizin cənubunda şəhər və qəsəbələrin blokadaya məruz qaldığı yerlərdə – Xerson, Berdyansk, Mariupol, daha şərqdə Volnovaxada sadəcə olaraq neçə nəfərin öldüyünü bilmirik”, - deyə V.Zelenski əlavə edib.