Türkiyənin Ukrayna mühərrikli “Akınçı B” pilotsuz uçuş aparatı (PUA) hündürlük rekordunu yeniləyib.
YeniAvropa "Ukrinform" agentliyinə xəbər verir ki, bunu "Baykar Makina" kompaniyasının texniki direktoru Selcuk Bayraktar bildirib. Onun sözlərinə görə, “Akınçı B” PUA-sı hündürlüyə uçuş sınağından keçib. Aparat 35 min fut hündürlüyə qalxıb ki, bu da 10,7 kilometrə yaxındır.
Xatırladaq ki, 2021-ci il noyabrın 12-də Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ölkənin iki kompaniyasının – “İvçenko-proqress” dövlət müəssisəsi və “Motor Siç” səhmdar cəmiyyətinin Türkiyədə istehsal olunan pilotsuz uçuş aparatları üçün mühərriklərin tədarükü üzrə müqaviləni imzaladığı barədə məlumat vermişdi.