logo

Avropa İttifaqı Rusiyanın neft məhsullarına embarqo hazırlayır

12:35 15-04-2022 | icon 2233
Avropa İttifaqı Rusiyanın neft məhsullarına embarqo hazırlayır

Avropa İttifaqının rəhbərliyi Rusiyanın neft məhsullarına embarqo tətbiq edilməsinin mümkünlüyü üzərində çalışır.

YeniAvropa  “The New York Times” qəzetinə istinadla xəbər verir ki, qərb siyasətçilərinin sözlərinə görə, Avropa İttifaqı hazırda qadağaların mərhələli tətbiqi istiqamətində hərəkət edir, bu da Almaniya və digər ölkələrə alternativ mənbələr axtarmaq üçün vaxt qazandıracaq.

Eyni zamanda, neft embarqosu ilə bağlı qərar Fransada seçkilərin ikinci turu keçirilmədən öncə, yəni aprelin 24-dək ittifaq daxilində müzakirəyə çıxarılmayacaq. Belə ki, Avropa İttifaqı ultrasağçı Marin Le Penin yanacaq qiymətlərinin potensial artımından yararlanaraq Emmanuel Makrona qarşı mübarizədə üstünlük qazanmasına imkan verməməyə çalışır.

Xatırladaq ki, aprelin əvvəlində Avropa İttifaqı üzv ölkələr üçün dörd aylıq keçid dövrü nəzərdə tutaraq Rusiyadan kömür idxalına mərhələli embarqo tətbiq edib.