ABŞ prezidenti Co Bayden Ukraynaya səfər etməyə hazır olduğunu bildirib.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə ABŞ prezidenti Merilend ştatında təyyarəsinə minməzdən əvvəl jurnalistlərlə ayaq üstə ənənəvi söhbətində məlumat verib.
Qısa dialoq zamanı Baydendən administrasiya üzvlərindən birini Kiyevə göndərməyə hazır olub-olmadığı soruşulub.
Bayden cavab olaraq bildirib ki, bu məsələ ilə bağlı hələ qərar verilməyib.
ABŞ-ın yüksək rütbəli məmurlarının Ukraynaya mümkün səfəri ilə bağlı sualı cavablandıran Co Bayden bununla bağlı artıq qərarını verdiyini bildirib.