logo

Çavuşoğlu: Rusiya və Ukrayna liderlərini Türkiyədə görüşdürmək səylərimiz davam edir

14:49 14-04-2022 | icon 7532
Çavuşoğlu: Rusiya və Ukrayna liderlərini Türkiyədə görüşdürmək səylərimiz davam edir

Türkiyə hər zaman böhran hallarını aradan qaldırmaq mövqeyində olub. Bu mənada Rusiya və Ukrayna liderlərini Türkiyədə görüşdürmək səylərimiz davam edir.

YeniAvropa xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “NTV” telekanalının yayımladığı xüsusi buraxılışda canlı efirdə səsləndirib.

Hazırda istənilən nəticənin əldə olunmadığını təəssüflə bildirən nazir Mövlud Çavuşoğlu Ukraynadan təxliyə məsələsini, müharibədən zərərçəkənlərə göstərilən humanitar yardım prosesini, davamlı sülhə nail olmaq üçün tərəflərlə aparılan danışıqlara dair vəziyyətlə bağlı fikir və mülahizələrini, mövcud vəziyyəti təhlil edib. Nazir bildirib ki, Ukraynanın Mariupol şəhərində otuz nəfərə yaxın türkiyəlinin qaldığı ehtimal edilir. Onların təxliyəsi üçün ciddi tədbirlər görülür.

Qeyd edək ki, Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD), Qızıl Ay Cəmiyyəti, rəsmi və özəl qurumlar Ukraynaya humanitar yardım toplanması və göndərilməsi prosesinə cəlb olunublar. Türkiyə əhalisi yardım toplanmasında fəal iştirak edir. İndiyədək AFAD-ın əlaqələndiriciliyi əsasında Ukraynaya yardım üçün 67 çoxtonnajlı avtomobil və bir səyyar mətbəx göndərilib. Səyyar mətbəxdə möhtac insanlara isti yemək bişirilib paylanılır.