Bu ilin payızında Rusiyanın Sankt-Peterburq şəhərində keçirilməli olan Dünya enerji konqresi ləğv edilib.
YeniAvropa xəbər verir ki, bu barədə "TASS" agentliyi Dünya enerji şurasına istinadla məlumat yayıb.
“Biz Sankt-Peterburqdakı konqresin ləğv edildiyini təsdiqləyə bilərik. Bu il Dünya enerji konqresi keçirilməyəcək”, - deyə təşkilatdan bildiriblər. Konqresin ləğv edilməsinin səbəbi açıqlanmayıb. Tədbirin saytı da artıq əlçatan deyil.
Agentliyin məlumatına görə, 25-ci Dünya enerji konqresi Sankt-Peterburqda oktyabrın 24-27-də keçirilməli idi.