Praqa yaxınlığındakı Temelin kəndində Atom elektrik stansiyası(AES) üçün yanacaq bundan sonra ABŞ-dan və Fransadan tədarük ediləcək.
YeniAvropa xəbər verir ki, “Rosatom” şirkətini Amerikanın “Westinghouse” və Fransanın “Framatome” şirkəti əvəz edəcək. Nüvə enerjisi tədarükü barədə kontrakt 15 il müddətinə imzalanıb. Atom elektrik stansiyasının əməliyyat fəaliyyətinə cavabdeh olan “ČEZ” şirkəti özünün bu qərarını tədarükçülərin şaxələndirilməsi istəyi ilə izah edib. “ČEZ” şirkətində deyiblər: “Gələcəkdə “Temelin” AES-in reaktorları üçün yanacaq elementlərini etibarlı və fasiləsiz tədarük edilməsi zəruridir. Beləliklə biz, tədarükdə yarana biləcək fasilə risklərini minimuma endirmək istəyirik”.