logo

Almaniya Ukraynaya silah göndərir

14:44 12-04-2022 | icon 1876
Almaniya Ukraynaya silah göndərir

Rəsmi Berlin Bundesverin ehtiyatından bəzi silah növlərinin Ukraynaya göndərilməsi barədə qərarını elan edib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu yük partiyasına 1000 ədəd tank əleyhinə top və 500 ədəd “yer-hava” sinfinə aid “Stinger” raketi daxil olacaq.

AFR hökumətinin rəsmi nümayəndəsi Şteffen Hebeştrayt bu barədə rəsmi bəyanatla çıxış edib.

 “Silahlar Ukraynaya mümkün qədər tezliklə göndəriləcək”,-deyə o, vurğulayıb.