logo

Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında birbaşa təmasları və əlaqəni dəstəkləyir

22:52 11-04-2022 | icon 1792
Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında birbaşa təmasları və əlaqəni dəstəkləyir

Avropa İttifaqının(Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında bu gün baş tutan telefon danışığını müsbət qiymətləndirib.

YeniAvropa xəbər verir ki, bu barədə Toyvo Klaar özünün "Twitter" hesabında məlumat paylaşıb.

“Ötən həftə Brüssel görüşündən sonra mühüm inkişaf əldə olunub. Avropa İttifaqı birbaşa təmasları və əlaqəni dəstəkləyir”, - deyə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi sosial şəbəkə hesabında yazıb.

O, həmçinin Ceyhun Bayramovun Ermənistanın xarici işlər naziri ilə danışığına dair "Twitter" paylaşımını da paylaşıb.

Xatırladaq ki, bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə telefon danışığı baş tutub. Tərəflər, iki dövlətin liderləri səviyyəsində əldə olunmuş razılaşmaların davamı olaraq, gələcək sülh sazişinin hazırlanması üzrə iş, Birgə Sərhəd Komissiyasının təşkili, habelə humanitar məsələlər üzrə fikir mübadiləsi aparıblar.

0-0000