logo

Estoniyada NATO-nun hərbi təlimləri davam edir

20:20 11-04-2022 | icon 1659
Estoniyada NATO-nun hərbi təlimləri davam edir

Estoniyada NATO hərbi qüvvələrinin “Bold Dragon” təlimi davam edir.

YeniAvropa xəbər verir ki, ötən gün başlayan təlimdə ölkəyə gələn NATO döyüş qrupu ilə Estoniya Müdafiə Qüvvələrinin (EDF) 1-ci piyada briqadası iştirak edir.

EDF-nin məlumatına görə, təlimin ilk mərhələsində NATO qüvvələrinin taktikalarını yerli əraziyə uyğunlaşdırmaq qabiliyyətini sübuta yetirib.

Təlimdə NATO qrupunun düşməni rolunda EDF-nin kəşfiyyatçı taboru ilə könüllü Estoniya Müdafiə Liqası (KL) birləşmiş qüvvələri iştirak edir.

“NATO döyüş qrupuna daxil olan Birləşmiş Krallıq, Danimarka və Fransa bölmələri təlimin hədəfinə uyğun olaraq 1-ci piyada briqada ilə vahid birləşmə təşkil etmək bacarıqlarını qarşıdakı günlərdə göstərəcəklər”,- NATO Battlegroup Estoniya Komandanlığının nümayəndəsi polkovnik-leytenant Ru Stretfild bildirib.

Təlimdə EDF-nin bütövlükdə 2 minədək hərbçisinin, habelə Belçika və Böyük Britaniyaya məxsus F-16 və “Eurofighter” tipli qırıcı təyyarələrinin, Böyük Britaniyanın “Wildcat” kəşfiyyat helikopterlərinin iştirak edəcək.