logo

2030-cu ildə müsəlmanlar Ramazan ayını 36 gün qeyd edəcəklər

14:11 11-04-2022 | icon 6678
2030-cu ildə müsəlmanlar Ramazan ayını 36 gün qeyd edəcəklər

Müsəlmanlar 2030-cu ildə bir ildə iki dəfə müqəddəs Ramazan ayının gəlişini qeyd edəcəklər.

YeniAvropa xəbər verir ki, bu barədə səudiyyəli astronom Xalid əl-Zaqaq özünün "Twitter" hesabında məlumat paylaşıb.

Onun sözlərinə görə, bunun səbəbi İslam Hicri təqviminin ay dövrlərinə, Miladi təqvimin isə Yerin Günəş ətrafında dövr etməsi siklinə əsaslanmasıdır.

Astronom "Twitter"də yerləşdirdiyi videoda bunu belə izah edib: iki təqvim arasındakı fərq Milad təqvimində Ramazan ayının hər 30 ildə bir dəfə təkrar olunacağını göstərir. Bu, sonuncu dəfə 1997-ci ildə, ondan əvvəl isə 1965-ci ildə baş verib. Beləliklə, Hicri 1451-ci ildə Ramazan ayı Miladi təqvimlə 2030-cu il yanvarın 5-də başlayacaq, həmin il dekabrın 26-da müsəlmanlar yenidən müqəddəs ayın gəlişini qeyd edəcəklər. Bu, müsəlmanların 2030-cu ildə təxminən 36 gün - Hicri 1451-ci il üçün 30 gündən ibarət tam ay və 1452-ci il üçün təxminən altı gün oruc tutması ilə nəticələnəcək.

Astronom bildirib ki, Hicri qəməri ili 354 və ya 355 gün davam edir, yəni 365 gün olan Miladi təqvimlə dəqiq uyğun gəlmir. Bu, həm də o deməkdir ki, Ramazan hər il müxtəlif fəsillərə düşür və təqribən 32 illik dövrələrlə davam edir.