logo

Avropa Komissiyası Rusiyaya qarşı yeni sanksiya paketi hazırlayır

13:33 11-04-2022 | icon 1694
Avropa Komissiyası Rusiyaya qarşı yeni sanksiya paketi hazırlayır

Avropa Komissiyası Rusiyaya qarşı altıncı sanksiya paketi üzərində çalışmalara başlayıb. Sanksiya paketi Avropa İttifaqının Rusiya neftinin tədarükünə qoyulacaq mümkün embarqo ilə bağlı müddəalarını ehtiva edəcək.

YeniAvropa  xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Avropa Komissiyası sədrinin müavini, Litvanın xarici işlər naziri Valdis Dombrovskis Avropa İttifaqı xarici işlər nazirlərinin Lüksemburqda keçiriləcək görüşündən öncə deyib.

“Avropa Komissiyası neft embarqosu imkanlarının da nəzərdə keçirildiyi altınci sanksiyalar paketi üzərində işə başlayıb. Qurum bu məsələ ilə bağlı Avropa İttifaqı ölkələri arasında konsensusa nail olmaq üçün fəal səylər göstərir”, - deyə o, enerji idxalına əlavə məhdudiyyətlərin qoyulması zəruriliyi ilə bağlı jurnalistlərin suallarını cavablandıran zaman bildirib.

Litva Rusiya qazından tamamilə imtina edən Avropa İttifaqının ilk ölkəsidir. Aprelin 2-də respublikanın Energetika Nazirliyi hazırkı müqavilə başa çatdıqdan sonra Rusiyadan bir daha neft almayacaqları barədə bəyanat verib.